Bu həftə birjalar

FED-in sonuncu toplantısında ilin geri qalanında bir faiz artımının daha olacağına dair fikirlərinin olmasını açıqlaması birjalarda qeyri-müəyyənlikləri artırdı.
Növbəti dövr üçün ehtimalları təqib edə bilmək üçün FED rəsmilərinin çıxışları diqqət mərkəzindədir. Bankın İdarə Heyətinin üzvü Mişel Bouman, inflyasiyanın hədəf səviyyəsinə qayıtması üçün pul-kredit siyasətinin bir müddət daha məhdudlaşdırıcı səviyyədə saxlanılmalı olduğunu söylədi.
Yuxarıda göstərilən hadisələrdən sonra dollar indeksi son 6 ayın maksimumlarına - 105.6 bənd səviyyəsinə çatdı. "Brent" markalı neftin bir barelinin qiyməti isə təklifin artacağına dair narahatlıqlar fonunda ucuzlaşıb. Hazırda "Brent" nefti bir barel üçün 92.82$ səviyyəsində ticarət edilir.Lakin, analitiklər son neft qiymətlərindəki artımın hedcinq fondu seçimlərinin dəyişməsinə səbəb olduğunu və fond menecerlərinin neft qiymətlərindəki artımla bağlı mövqelərinin son bir ildə ən yüksək səviyyəyə yüksəldiyini bildirirlər.
Cümə günü Nyu-York Fond Birjasında "S&P 500" indeksi 0.20%, "Nasdaq" indeksi 0.09%, "Dow - Jones" indeksi isə 0.31% geriləyib. ABŞ-da indeks fyuçers müqavilələri yeni günə qarışıq tendensiya ilə başlayıb.
Ötən həftə Avropa fond bazarları, İngiltərə istisna olmaqla cümə günü eniş tendensiyası ilə yadda qaldı. Bu həftə isə zəngin məlumat gündəmi investorların diqqət mərkəzində olacaq.
İngiltərə Mərkəzi Bankının faiz dərəcəsini 5.25% səviyyəsində saxlama qərarından sonra açıqlama verən İngiltərə Bankının sədri Endryu Beyli - "Biz işimizi başa çatdırmaq üçün faiz dərəcələrini kifayət qədər yüksək və uzunmüddətli səviyyədə saxlamağa davam edəcəyik" - deyə vurğulayıb.
Cümə günü Böyük Britaniyada"FTSE 100" indeksi 0.07%, Fransada "CAC 40" indeksi 0.40%, İtaliyada "MIB 30" indeksi 0.46%, Almaniyada "DAX 40" indeksi isə 0.09% dəyər itirib.
məmbə investaz