HAQQIMIZDA

HAQQIMIZDA

Haqqımızda
2010-cu ildən bəri professional fəaliyyət göstərən ROMS GROUP MMC, təchizat zənciri idarəetməsi, metal konstruksiyalar, dizayn,təmir və tikinti işləri, soyuq hava depoları və bu kimi bir çox sahələrdə ölkə üzrə müştəri etibarını qazanmış şirkətlərdən biridir. Çox şaxəli fəaliyyət sahəsinə malik, dinamik və sürətlə daim inkişaf edən bir şirkət olmağımız, bizə əmanət olunmuş hər bir layihənin öhdəsindən keyfiyyətli və o cümlədən punktual bir şəkildə gəlməyə imkan verir. ROMS Group olaraq, yerli və xarici tədarükçülər ilə stratejik və dahada möhkəmlənən tərəfdaşlıqlar sayəsində, müştərilərimizə ən münasib qiymətə yüksək keyfiyyətli məhsul və xidmət təmin etmək imkanına sahibik. Şirkətimizin missiyası sahib olduğumuz sahələr üzrə müştəri qənaitini əsas götürərək, ən yüksək keyfiyyət standartlarını təmin etmək və müştərilər üçün xüsusi həll yolları təqdim etməkdir. Şirkət olaraq hədəfimiz müştəri yönümlü olmaq, əməkdaşlıq etdiyimiz şirkətlərlə uzun müddətli əlaqələri qurmaq, yerli və xarici bazarda lider olmaq və uğurlu layihələr həyata keçirməkdir.
Missiyamız

Müştəri qənaətini əsas götürərək, dizayn, təmir, təchizat zənciri idarəetməsi, soyuq depolar, anbar rəfləri, otel dizaynı və sənaye mətbəx avadanlıqları sahələrində ən yüksək keyfiyyət standartlarını təmin etmək və müştərilər üçün xüsusi həllər sunmaqdır. Vizyonumuz

ROMS QROUP olaraq, müxtəlif sahələrdə ixtisaslaşmış malların tədarükçüsü olmağı və müştərilər üçün müxtəlif həll yolları ilə sektorun lideri olmağı hədəfləyirik.
Məhsul və Xidmətlərimiz:

ROMS QROUP, geniş məhsul spektri və peşəkar xidmətlər təqdim edir. Dizayn, təmir, təchizat zənciri idarəetməsi, soyuq depolar, anbar rəfləri, otel dizaynı və sənaye mətbəx avadanlıqları sahəsində müştərilə müxtəlif seçimlər təklif edir.
Təchizat Zənciri və Sənaye Həllər:

ROMS QROUP olaraq, təchizat zənciri idarəetməsi sahəsində ixtisaslaşmış bir komandamız var. Eyni zamanda soyuq hava depoları, anbar rəfləri, otel dizaynı və sənaye mətbəx avadanlıqları sahəsində də həll yolları təqdim edirik. Biz, iş proseslərinizi optimal həll edir və sektorun spesifik tələblərinə uyğun həll çözümlər hazırlayırıq.