Avrozonanın sənaye sektorunda PMI 44.2 bəndədək yüksəlib

“S&P Global”-ın verdiyi məlumata əsasən, Avrozonada Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi (PMI), yekun qiymətləndirməyə əsasən, oktyabr ayı ilə müqayisədə noyabr ayında 43.1 bənddən 44.2 bəndədək yüksəlib.

Analitiklər artımın yalnız 43.8 bəndədək təşkil edəcəyini proqnozlaşdırmışdılar.

Qeyd etmək lazımdır ki, indeksin 50 bənd üzərində olması iqtisadi aktivliyin artmasını, aşağıda olması isə azalmanı göstərir.

Eyni zamanda, Almaniyada Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi göstəricisi 40.8 bənddən 42.6 bəndədək yüksəlib. Analitiklər göstəricinin 42.3 bənd səviyyəsində dərc olunacağını ehtimal edirdilər.